“Barselona”da 2 şad xəbər
19.04.2011 - 23:35
“Barselona”da 2 şad xəbər
Bir müddətdir zədəli olan "Barselona"nın kapitanı Karles Puyol ötən həftəsonu La Liqada keçirilən "El Klassiko" çərçivəsində meydana çıxmışdı. Lakin oyunu davam etdirə bilməyən futbolçu yarıda meydanı tərk etməli olmuşdu.

Apasport.az saytının məlumatına görə, müayinələrdən sonra ispan stopperdən müjdəli xəbər gəlib. Puyol komanda ilə birgə məşqlərə çıxıb. Futbolçunun bu axşam Kral kubokunun finalındakı "El Klassiko"da meydana çıxması gözlənilir. Təbii ki, baş məşqçi Xosep Qvardiola şans versə...

"Barselona"ya daha bir sevindirici xəbər isə fransız müdafiəçisi Erik Abidaldan gəlib. Ötən ay qara ciyərində şiş tapılan və əməliyyat olunan futbolçu artıq məşqlərə başlayıb. Böyük ehtimalla onun gələn mövsümdən komandadakı yerini ala biləcəyi güman olunur.