“Bakı”nın sabitlik dərdi
20.04.2011 - 23:02
Hər gün işə başlarkən ilk məşğuliyyətim ölkə mətbuatını, idman portallarını gözdən keçirmək olur. Necə də olmasa, həmkarlarımızın fərqli mövzulara toxunması, hadisələrə baxışı hamı üçün maraqlıdı. Bəzən bir hadisəyə iki, üç münasibət də görmək olur. Yekdilliyin olmaması isə fərqli baxış tərzindən irəli gəlir ki, fikir müxtəlifliyi baxımından bu, tam normaldı.
Ancaq doğrusu, xüsusilə "Bakı"ya münasibətdə hamının düşüncəsi eynidi. Belə ki, Azərbaycan şərtlərində inanılmaz imkanlara, əla şəraitə, yaxşı infrastruktura malik olmasına baxmayaraq, paytaxt klubu açıq-aşkar böhrandadı. Maddi dayaqlarına görə ölkənin ən yaxşılarından olan komanda heç cür sabit çıxış edə, "İnter", "Xəzər-Lənkəran" kimi daimi iddialı ola bilmir.
Eyni problem AZAL-da, "Qəbələ"də, yarıtmaz rəhbərliyin dövründə "Neftçi"də də olub. Ancaq sözügedən klubların məqsəd və hədəfləri bəlli olduğundan bu durum onlar üçün hardasa gözlənilən idi. Ancaq "Bakı"da belə olmamalıydı.
Həyatın hamıya necə dərs verdiyini futbolumuz bariz şəkildə göstərir. Ancaq nədənsə "Bakı" heç cür bundan nəticə çıxarmır. Məsələn, "İnter" çempionluqları uzun müddət sabit məşqçi və futbolçu heyəti sayəsində qazanıb. Eyni şeyi vaxtilə futbolumuzda at oynadan "Kəpəz" haqda da demək olar. "Xəzər-Lənkəran"da Ağasəlim Mircavadov toxunulmaz olduğu vaxtlarda da belə idi. Məşqçi və futbolçuları əlcək kimi dəyişmədiyi zamanlarda cənublular mümkün titulların hamısına sahib oldu. Belə misalları çox sadalamaq olar.
Elə bu gün də "Neftçi"nin zirvədə olmasının bir səbəbi məhz birlikdi. Çünki baş məşqçiyə, futbolçulara inanılmaz təzyiq göstərildiyi bir zamanda rəhbərlik onların arxasında durdu, müdafiə etdi. "Xəzər-Lənkəran"da da Mirça Rednikin istədiyi futbolçuların alınması komandanın 2-ci pillədə olmasının əsas səbəbidi. Rumın çalışdırıcıya etimad davam edəcəyi təqdirdə çox güman ki, qarşıdakı mövsümlərdə uğurlar davam edəcək. Necə ki, "Qarabağ" bunun bəhrəsini görür. Qurban Qurbanovun rəhbərlik tərəfindən dəstəklənməsinin nəticəsidi ki, komanda mövsüm ərzində hansı durumdan asılı olmasına baxmayaraq, sonda indiki kimi çempionluq uğrunda mübarizə aparır, eləcə də avrokubokda ən yaxşı nəticə verən komandamıza çevrilir.
Təəssüf ki, bu sabitlik payından "Bakı"ya qismət olmayıb. Ardıcıl məğlubiyyətlər gələn kimi məşqçilər qovulur, yenisi gəlir, o da heyəti yerindən oynadır və... hazırda komanda can verə-verə yüksəldiyi "altılığ"ın ən sonuncu pilləsindədi.
Bəlkə də bu, futbolun ədalətidi. Çünki Əsgər Abdullayevin qurduğu komandanı çempionluğa gedərkən əlindən alıb Böyükağa Hacıyevə vermək, qızıl medalları məhz sonuncunun adına yazdırmaq məhz belə nəticələnməliydi. Daha sonra komandanı növbəti dəfə ən güclü edən Qyoko Haciyevski bir az geriləyən kimi qovuldu. Eyni aqibət sələflərindən bərbad vəziyyətdə aldığı komandanı gümüş medalçı və kubok sahibi edən Cüneyt Biçərin də başına gəldi. Halbuki, Vinfred Şaferə göstərilən dözüm onların hər hansı birinə göstərilsəydi, "Bakı" yəqin ki, sabit kollektivə çevrilərdi. Bu misalı Bülənt Korkmaz haqda da demək olar.
İndi "zolaqlılar" Aleksandr Starkova əmanət edilib. Heç kimin latviyalını qınamağa əsası yoxdu. Şaferin şıltaqlığı üzündən təyinatı gec rəsmiləşən, elə bu üzdən komandanı yenidən formalaşdırmaq üçün şansı qalmayan Starkova bərbad heyət qalıb. Söhbət heç də futbolçuların səviyyəsizliyindən getmir. Sadəcə, çalışdırıcının da vurğuladığı kimi, bəzi mövqelərə səviyyəli oyunçu çatışmır, bəzi yerlərdə isə eyni tipli 3-4 oyunçu var. Bu isə o deməkdi ki, cari mövsümdəki nəticədən asılı olmayaraq, "Bakı" yenə dəyişəcək.
"Zolaqlılar"ın vitse-prezidenti Zeynal Məmmədov da mümkün islahatları planlaşdırdıqlarını deyir: "Daim çempionluğa can atmışıq, bu alınmayanda, ən pis halda 2-3-cü yerlər uğrunda mübarizə aparmışıq. Nə edək, bu mövsüm bizimki gətirmədi. Təbii ki, turnir cədvəlinə baxanda ürəyimiz ağrıyır, ancaq hələ hər şey bitməyib. Qarşıda ölkə kubokunun yarımfinal oyunları var. Ümidimizi kuboka bağlamışıq. Problemlərin nədən ibarət olduğunu hər kəs bilir. Üstəlik, komandaya yeni baş məşqçi gətirilib. Baş məşqçidən yalnız gələn mövsüm ciddi nəsə tələb edə bilərik. Bu, onun üçün keçid dövrüdü. Komandanı özü istədiyi kimi formalaşdırandan sonra oyun və nəticə tələb etmək mümkündü. Ola bilsin, "Bakı"nın indiki vəziyyətdə məzmunsuz oyun sərgiləməsinin də səbəbləri var. Açıq deyirəm, bugünkü gücümüz budu, bundan artığını istəmək düzgün olmaz. Starkovun qarşısına ciddi məqsəd qoyulmayıb. Əlindən gələni edib uğurlu olmağa çalışır. Biz onun "əl işinə" növbəti mövsüm baxacağıq. Mənə elə gəlir ki, komanda gücünü "Xəzər-Lənkəran"la oyunlara saxlayıb. Güclü olan finala yüksələcək. Əlbəttə, kuboku qazanmasaq, istər-istəməz komandada böyük dəyişikliklər olacaq. Özlərini sübut etsələr, onlarla kimin nə işi var? Əksinə, avrokuboklara vəsiqə qazansaq, heyəti daha da gücləndirərik. Alınmasa, futbolçuların böyük əksəriyyəti evinə dönəcək. Jabanın necə futbolçu olduğu göz qabağındadı. Ona ötürmə vermək lazımdı ki, nəsə etsin. 90 dəqiqə meydanda canını qoyur. İndi necə deyim ki, Jaba oynamır. Aleksandr Şoliç, Adnan Bərəkət, Fabio Luis Ramim həmin oyunu oynaya bilmirlər. Bugünə kimi nə Vaqif Cavadov, nə də Şoliç özünü göstərə bilməyib. Bundan sonrası öz əllərindədi. Titul qazansalar, nəsə fikirləşə bilərik. Vaqif oynasa, qalacaq, oynamasa, gedəcək. Uğur qazanılmasa, növbəti mövsümə bu heyətlə başlamağın adı yoxdu".
Bax, "Bakı"nın problemi də elə Məmmədovun bu açıqlamasında gizlənir. Belə çıxır ki, kubok qazanılsa, komanda olduğu kimi saxlanılacaq, əks halda islahatlar gedəcək. Halbuki 1-2 oyuna görə komanda qurmaq olmaz. İndiyədək olan olub. Bu gün Starkovla yola davam edəcəyinizi dəqiqləşdirmisizsə, nəticədən asılı olmayaraq, məhz onun quracağı komandaya güvənməlisiz. Məşqçinin işinə qarışmaq cəhdi təkrarlansa, ondan xəbərsiz iclas keçirdiyinizi deyərək istefa verən Bülənt Korkmaz praktikasını təzədən görə bilərik. Klubun hədəfi və deyək ki, "Qəbələ" kimi həmin məqsədə çatmaq üçün məqsədyönlü plan olmalıdı. "Bakı" klub kimi böyüməsə, peşəkarlaşmasa, nəticələri də ürəkaçan olmayacaq.
CAVAD, “Ekspressfutbol” qəzeti

0
0