Çempionluğu müəyyənləşdirə bilən tur
29.04.2011 - 10:48
Sabah startı veriləcək Azərbaycan Premyer Liqasının XXIX turu çempionluq mübarizəsində böyük önəm daşıyır. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın qalibi sona 3 tur qalmış müəyyənləşə bilər.
Bu, lider “Neftçi”nin qələbə qazanacağı, ən yaxın izləyicisi “Xəzər Lənkəran”ın isə xal itirəcəyi təqdirdə rəsmiləşəcək. Bu zaman “ağ-qaralar” 10 xallıq fərqlə irəlidə olacaqlar və qalan turlarda bunu aradan qaldırmaq mümkün deyil.
Çempionluğa əsas namizədlər qarşıdakı turda səfərdə oynayacaqlar ki, onları AZAL və “İnter”lə çətin sınaq gözləyir. “Neftçi” “təyyarəçilər”ə cari mövsümdə 3 oyunun ikisində minimal fərqlə qalib gəlib, birində xal itirib.
Cənub təmsilçisi isə “İnter”i cari mövsümdə öz meydanında yenə bilməyib və hər iki matçda bərabərlik qeydə alınıb. Ancaq “ağ-yaşıllar”ın sabah meydana çıxacağı “Şəfa” stadionunda son çempion üzərində inamlı qələbə qazanmaq bacarığını da qeyd etməliyik. Düzdür, “İnter”lə AZAL-ın mükafatçılar sırasına düşə bilməyəcəyi əvvəlcədən məlum idi. Amma onlar avrokuboklara ölkə kubokunda uğurlu çıxışla gedə biləcəklər.
Digər tərəfdən, ən azı Avroliqada oynayacağı şübhə doğurmayan “Xəzər Lənkəran” kuboku başı üzərinə qaldırarsa, çempionatda 4-cü yerin sahibi avrokuboklara yollanmaq hüququ qazanacaq. Bu pilləyə isə elə AZAL-la “İnter” əsas namizəddir ki, “təyyarəçilər” həmşəhərlilərini cəmi 2 xal qabaqlayır. Deməli, bu komandaların çempionatda da mübarizəsi üçün stimul var.
30 aprel
14:00. “Gəncə” – MOİK
Gəncə. Şəhər stadionu
Cari mövsümdəki oyunlar – 5:0, 1:0, 2:0
16:00. “Simurq” – “Qəbələ”
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Cari mövsümdəki oyunlar – 0:2, 0:3, 0:4
18:00. “İnter” – “Xəzər Lənkəran”
Bakı. “Şəfa” stadionu
Cari mövsümdəki oyunlar – 0:0, 1:3, 1:1
1 may
16:00. “Qarabağ” – “Bakı”
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
Cari mövsümdəki oyunlar – 2:0, 0:2, 0:0
16:00. “Turan” – “Muğan”
Tovuz. Şəhər stadionu
Cari mövsümdəki oyunlar – 0:0, 1:1, 1:2
20:00. AZAL – “Neftçi”
Bakı. Şüvəlan qəsəbəsindəki AZAL stadionu
Cari mövsümdəki oyunlar – 0:1, 0:0, 1:2
Turnir cədvəli
Bombardir: Bahodir Nasimov ( Neftçi ) – 15.

komandalar | o | q | h | m | t | x | |
1 | Neftçi | 28 | 17 | 8 | 2 | 49-12 | 62 |
2 | Xəzər L | 28 | 15 | 9 | 4 | 33-15 | 54 |
3 | Qarabağ | 28 | 16 | 5 | 7 | 34-16 | 53 |
4 | AZAL | 28 | 12 | 9 | 7 | 31-22 | 45 |
5 | İnter | 28 | 12 | 7 | 9 | 27-23 | 43 |
6 | Bakı | 28 | 9 | 9 | 10 | 29-26 | 36 |
7 | Qəbələ | 28 | 11 | 9 | 7 | 28-17 | 43 |
8 | Muğan | 28 | 10 | 8 | 10 | 24-28 | 38 |
9 | Gəncə | 28 | 7 | 11 | 10 | 28-31 | 32 |
10 | Turan | 28 | 6 | 6 | 16 | 21-40 | 24 |
11 | Simurq | 28 | 3 | 6 | 19 | 15-46 | 15 |
12 | MOİK | 28 | 2 | 6 | 20 | 9-52 | 12 |

0
0