“Xəzər Lənkəran” rəhbərliyi Elnur Allahverdiyevi bağışladı
29.04.2011 - 11:03
“Xəzər Lənkəran” rəhbərliyi Elnur Allahverdiyevi əsas komandaya qaytarıb. Apasport.az saytının məlumatına görə, bu qərar rumıniyalı baş məşqçi Mirça Rednikin iştirakı ilə rəhbərliyin dünən keçirdiyi iclasında qəbul olunub.
İclasda Abdullayevin səhvini etiraf etməsi, baş məşqçi və komanda üzvləri tərəfindən də onun üzrxahlığının qəbul edilməsi, həmçinin, onun milli komandanın aparıcı üzvlərindən biri olması nəzərə alınıb. Allahverdiyev müvafiq məbləğdə cərimənin ödənilməsi və bundan sonra nizam-intizam qaydalarına ciddi şəkildə riayət etmək öhdəliyini üzərinə götürmək şərti ilə əsas heyətə qaytarılıb.
Qeyd edək ki, Elnur “altılığ”ın ilk dövrəsində - aprelin 10-da “Qarabağ”la səfərdəki qolsuz bərabərliklə nəticələnən oyundan sonra komandadan kənarlaşdırılmışdı.

0
0