“Barselona”nın məğlubiyyəti 2 həmyerlimizi zənginləşdirdi - FOTO
03.05.2011 - 12:06
“Topaz” ötən həftənin ən böyük uduş məbləğini açıqlayıb. Apasport.az saytının məlumatına görə, proqnozsevərlər həmişə “Barselona”nın qələbəsinə pul qoyuluşu edərək irəli düşdükləri halda, bu dəfə məğlubiyyəti ilə qazanc götürüblər.
Belə ki, İspaniya Premerosunun hesabat turunda “Real Sosyedad”ın qonağı olan Kataloniya klubunun 1:2 hesabı ilə uduzması 2 nəfəri sevindirib. Onlardan 1-i “Barselona”nın məğlubiyyətinə - 8,50 əmsala 400 manat pul qoyuluşu edib və 3 min 400 manat qabağa düşüb.
Digəri isə “Real Sosyedad”ın fasiləyə geridə yollanacağını və yekunda qələbə qazanacağına 100 manat pul qoyub. Oyunun gedişində isə proqnoz düzgün çıxdığından həmin fanat əmanətini 55 dəfə artırıb.

0
0