Het-trik və ya 3:0 “KomandA”nın xeyrinə
04.05.2011 - 13:46
Het-trik və ya 3:0 “KomandA”nın xeyrinə
Bu gün “KomandA” qəzeti üçün əlamətdar tarixdir. Apasport.az saytının məlumatına görə, yarandığı vaxtdan öz dəst-xətti ilə seçilən mətbu orqan 3 yaşını qeyd edir.

2008-ci ildə təsis olunan “KomandA” arxada qalan müddətdə Azərbaycan idman mətbuatında öz yerini tapıb.

Apasport.az saytının kollektivi 3 yaşının tamam olması münasibətilə “KomandA” qəzetindəki həmkarlarını təbrik edir, onlara işlərində yeni-yeni uğurlar arzulayır. Daha böyük yubileylərinizi qeyd edəsiniz!