Uinston Parks: “Bakı” əsəbi olacaq
04.05.2011 - 14:18
“Artıq özümü yaxşı hiss edirəm. Oyuna tam hazır olduğumu deyə bilərəm”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran” klubunun kosta-rikalı legioneri Uinston Parks deyib.
O, klubun rəsmi saytına açıqlamasında bildirib ki, bu gün keçiriləcək NBC Bank Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Bakı” ilə cavab oyununa hazırdır. “İnter”ə qarşı keçirilmiş Premyer Liqanın son oyunda meydana yalnız II hissədə daxil olan Parks son məşqdə də axıra kimi iştirak edib.
3 qolla Azərbaycan kubokunun bombardiri olan hücumçu “Bakı” ilə cavab qarşılaşmasında qələbə qazanmaq arzusunda olduqlarını deyib: “Əlbəttə, qarşıdakı oyun çox çətin olacaq. Rəqibi ötən oyunda məğlub etdiyimizdən, onlar kifayət qədər əsəbi olacaqlar. Oyundan nə gözləyirəm? Əlbəttə ki, qələbə. Lakin bunun üçün biz çox diqqətli olmalıyıq və əlimizə düşən hər bir fürsətdən yararlanmalıyıq. Azarkeşlərimizin də, komandanın da bu qələbəyə ehtiyacı var. Ümid edirəm ki, biz bunu bacaracağıq”.
Qeyd edək ki, “Xəzər Lənkəran” ilk matçda 1:0 hesabı ilə qələbə qazanıb.

0
0