Rövşən Əhmədovun sevimli rəqəmi
05.05.2011 - 13:08
NBC Bank Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Bakı” – “Xəzər Lənkəran” görüşündə rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, cari mövsümün ölkə kubokunda ilk dəfə 1 hissəyə 5 dəqiqə əlavə olunub. Bu rekorda idarəçiliyi ilə mübahisələrə və matç sonrası qalmaqala səbəb olan Rövşən Əhmədov imza atıb.
Kubokun rekordu mövsümün ən yüksək göstəricisi sayılmır. Çünki ölkə çempionatında daha böyük rekordlara təsadüf olunub. Ötən il avqustun 29-da baş tutan “Qəbələ” – MOİK qarşılaşmasının (0:0) ilk hissəsinə 10 dəqiqə əlavə edilmişdi. Lakin Əfqan Həmzəyevin həmin rekordu obyektiv səbəblə bağlı idi. Qonaqların futbolçusu Nicat Tağıyev çox ağır xəsarət almışdı.
Ötən il dekabrın 12-də keçirilən “Simurq” – MOİK görüşü (1:1) də 5 dəqiqədən artıq nəticə ilə fərqlənib. Həmin görüşün 2-ci hissəsində Elnur Muradov 7 dəqiqəyə ehtiyac duyub.
Ölkə çempionatında 7 dəfə 1 hissəyə 5 dəqiqə əlavə olunub. Maraqlıdır ki, bunların az qala yarısı – 3-ü kubokun rekordçusu olan Əhmədovun hesabındadır. O, ötən il avqustun 29-dakı AZAL – “Xəzər Lənkəran” (0:1), dekabrın 11-dəki “Neftçi” – “Bakı” (0:2) və 8 gün sonrakı AZAL – “Qəbələ” görüşlərində 45 dəqiqə əvəzinə 50 dəqiqə oynamağı lazım bilib.

0
0