Droqba “Qalatasaray”ın təklifini cəlbedici sayır
05.05.2011 - 15:14
“Qalatasaray” məşhur hücumçu Didye Droqbaya təklif göndərib. Apasport.az saytının məlumatına görə, klubun mayın 14-də keçiriləcək prezident seçkilərində ən şanslı namizəd olan Ünal Aysalın ilk məqsədi 7 ildir “Çelsi”də oynayan Kot D’İuvarlı futbolçunu almaqdır.
Bununla əlaqədar artıq transfer çalışmalarına başlayan Aysalın komandası Didyenin meneceri Pyer Frelotla danışıqlara başlayıb. Onlar bunun ilkin nəticələrindən razıdır. Belə ki, Frelot müştərisinin “Çelsi”dən gedib-getməyəcəyinə bu ayın sonunda qərar veriləcəyini bildirib: “Əgər burada bir irəliləyiş olmazsa, ilk danışıqları sizinlə edəcəyik. Çünki “Qalatasaray”ın təklifi bizim üçün çox cəlbedicidir”.
Qeyd edək ki, “Çelsi”də ilinə 8 milyon avro alan Droqba müqaviləsini davam etdirərsə, daha 1 milyon qazanacaq. Bir neçə dəfə Afrikanın ən yaxşı futbolçusu seçilən, məhsuldarlığı ilə diqqət çəkən Didye Fernando Torresin gəlişindən sonra daha çox ehtiyatda qalır.

0
0