Avropa Liqasında Portuqaliya finalı
06.05.2011 - 00:59
Bu gün Avroliqada cavab yarımfinal oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, mayın 18-də İrlandiyanın paytaxtı Dublində Portuqaliya finalının olacağı dəqiqləşib. “Portu” cari mövsümdə 3-cü məğlubiyyətini də Avroliqada alsa da, bu, yenə növbəti mərhələyə çıxmasına əngəl olmayıb. “Vilyarreal”ın son qələbəsi isə yalnız təsəlli xarakteri daşıyıb. Nəinki “Portu”nun, cari mövsümdə Avroliqanın bombardiri olan hücumçu Falkao bu dəfə də fərqlənib. 16-cı qolunu vuran kolumbiyalı bununla da 1995/96 mövsümündə UEFA kubokunda (15 qol) məşhur almaniyalı həmkarı Yurgen Klinsmannı keçərək, yeni rekordçu olub.
Digər cütdə favorit olan “Benfika” evdə qalib gəlsə də, sonda finaldan kənarda qalıb. “Braqa” ona həlledici oyuna vəsiqə qazanmaq üçün yetərli olan 1:0 hesablı qələbə qazanmağı bacararaq, tarixində ilk dəfə avrokubokların finalına çıxıb.
5 may
“Vilyarreal” (İspaniya) – “Portu” (Portuqaliya) - 3:2
QOLLAR: Kani, 17, Kapdevilya, 75, Rossi, 80-pen - Halk, 40, Falkao, 48.
İlk oyun 1:5
“Braqa” (Portuqaliya) – “Benfika” (Portuqaliya) - 1:0
QOL: Kustodio, 19.
İlk oyun – 1:2

0
0