1-ci “Bakı”da, 100-cü “Simurq”da
06.05.2011 - 14:41
1-ci “Bakı”da, 100-cü “Simurq”da
Azərbaycan Premyer Liqasının XXX turunun MOİK-lə qarşılaşması “Simurq”un baş məşqçisi Qyoko Hacıyevski üçün vacib olduğu qədər də əlamətdar hadisə ilə yadda qalacaq. Apasport.az saytının məlumatına görə, zaqatalalıların Premyer Liqadan düşəcəyinin rəsmiləşəcəyi matç makedoniyalı mütəxəssis üçün yubiley əhəmiyyəti kəsb edir. Komandasının qalib gəlməyəcəyi və ya “Turan”ın “Qəbələ” ilə səfər matçında 3 xal qazanacağı halda, Hacıyevskinin yubileyi I diviziona yuvarlanmaqla əlamətdar olacaq.

Yubiley isə ondan ibarətdir ki, mütəxəssis Azərbaycan klublarının “sükanı arxasında” üst-üstə 100-cü matçına çıxacaq. 2007-ci ilin sentyabrında “Bakı”ya baş məşqçi təyin olunan Hacıyevski bu komanda ilə ölkə çempionu oldu, paytaxtın eyni adlı təmsilçisinin tarixində ilk dəfə avrokuboklarda mərhələ adlamışdı. Həmin uğur isə “Bakı” tarixinin hələ də yeganə belə nəticədir.

2009-cu ilin sentyabrında “Bakı”dan ayrılan makedoniyalı ötən ilin yayında “Simurq”a baş məşqçi təyin olundu. Bu komanda ilə aşağı dəstənin astanasında olan sabiq ölkə çempionu yeni klubunda orta hesabla 10 matçdan 1 qələbəyə sevinir.

Qeyd edək ki, Hacıyevskinin Azərbaycan karyerasında klublarla yanaşı, ölkəmizin əsas milli komandası da var. O, bu komandanı 3 qarşılaşmaya çıxarıb.

 “Bakı”, çempionat

51

28

12

11

87-37

96

 “Bakı”, kubok

12

7

3

2

32-9

24

 “Bakı”, avrokubok

6

1

2

3

8-14

5

 “Bakı”, cəmi

69

36

17

16

127-60

125

 “Simurq”, çempionat

29

3

7

19

15-46

16

 “Simurq”, kubok

1

0

1

0

1-1

1

 “Simurq”, cəmi

30

3

8

19

16-47

17

 Azərbaycan çempionatı cəmi

80

31

19

30

102-83

112

 Azərbaycan kuboku cəmi

13

7

4

2

33-10

25

 Avrokuboklar

6

1

2

3

8-14

5

 Azərbaycan klub karyerası

99

39

25

35

143-107

142

0