Kiminin qoca, kiminin cavan sevdası
06.05.2011 - 15:44
Kiminin qoca, kiminin cavan sevdası
Azərbaycan Premyer Liqasında çıxış edən legionerlərin orta yaşı məlum olub. Apasport.az saytının araşdırmalarına görə, cari mövsüm meydana çıxan əcnəbi futbolçuların orta yaşı 28 yaş 3 ay 19 gündür.

Premyer Liqanın 12 komandası milliləşənlər də nəzərə alınmaqla, 163 əcnəbinin xidmətindən yararlanıb. Bunların da 4-ü 2 klubun heyətində meydana çıxıblar.

Çempionatımızın legionerlərindən 59-u 30 yaşı arxada qoyan təcrübəlilərdir. Bunlar arasında ən “qoca”sı 35 yaş 8 ay 9 günlük olan Bronislav Çervenkadır. “İnter”li çexi Terri Kuk (“Qəbələ”) və Vadim Borets (“Bakı”) izləyir, lakin onların heç biri hələlik 35 yaş həddinə çatmayıb.

19 yaş 5 ay 19 günlük Bruno dos Anjos isə Premyer Liqamızın ən gənc legioneridir. “Qəbələ”nin braziliyalı futbolçusu kimi, “Neftçi”nin milliləşən rusiyalısı Ruslan Kurbanov da 20 yaş həddini keçməyib.

Ayrı-ayrı klubların legioner “sevda”sına baxdıqda, “Muğan”ın gənclərə bel bağlamaqda 1-ci olduğunu görərik. Salyan təmsilçisi 31 yaş həddini aşan 4 legionerə güvənsə də, ümumi orta göstəricidə hamıdan öndədir. Elə “Turan”ın gəlmələri də 27 yaşdan kiçikdir.

“Gəncə” isə orta hesabla 30 yaşdan yuxarı legioner oynatmış yeganə komandadır. Bu da onunla bağlıdır ki, klubun 10 əcnəbi futbolçusundan 4-ü 30, 9-u 28 yaş həddini aşıb. Çempionatımızın liderlərinin legioner “sevdası” isə təxminən eynidir. “Neftçi” və “Xəzər Lənkəran”ın legionerlərinin orta yaşı 28-ə çox yaxındır. Lakin çempion ən yaxın izləyicisindən 11 gün gəncdir.

Klubların ən azı 1 oyuna çıxan legionerlər üzrə orta yaş həddi

klub

Legioner sayı

Orta yaş (günlə)

Orta yaş

Muğan

18

9733

24.08.26

Turan

16

9849

17.12.26

Qəbələ

17

10196

29.11.27

AZAL

15

10197

30.11.27

Neftçi

12

10211

15.12.27

Xəzər Lənkəran

25

10223

26.12.27

Simurq

5

10423

14.07.28

İnter

20

10769

24.06.29

Qarabağ

7

10774

29.06.29

Bakı

22

10850

14.09.29

Gəncə

10

11021

03.03.30