Avroliqada 8-ci “ölkə çempionatı”
06.05.2011 - 16:06
Avroliqada 8-ci “ölkə çempionatı”
Avropa Liqasının finalında 8 dəfə eyni ölkənin komandası mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, bu, yarışın 40 illik tarixində 2 Portuqaliya klubu – “Portu” və “Braqa”nın həlledici mərhələyə yüksəlməsi ilə reallaşıb.

Belə ki, indiyədək İngiltərə, İtaliya, İspaniya və Almaniya komandaları finalda üz-üzə gəlsələr də, portuqaliyalılar ilk dəfə bir-biri ilə çempionluq üçün qüvvələrini sınayacaqlar. Avroliqanın qalibinin adı isə mayın 18-də İrlandiyanın paytaxtı Dublində müəyyənləşəcək.

Qeyd edək ki, 1972-ci ildən keçirilən analoji yarış 2008-ci ilə kimi UEFA kuboku adlanıb.

Eyni ölkədən olan komandaların final oyunları

1972-ci il
“Vulverhempton” – “Tottenhem” (hər ikisi İngiltərə) – 1:2
“Tottenhem” - “Vulverhempton” – 1:1

1980-ci il
“Borussiya” M – “Ayntraxt” (hər ikisi Almaniya) – 3:2
“Ayntraxt” - “Borussiya” M – 1:0

1990-cı il
“Yuventus” – “Fiorentina” (hər ikisi İtaliya) – 3:1
“Fiorentina” - “Yuventus” – 0:0

1991-ci il
“İnter” – “Roma” (hər ikisi İtaliya) – 2:0
“Roma” - “İnter” – 1:0

1995-ci il
“Parma” – “Yuventus” (hər ikisi İtaliya) – 1:0

1998-ci il
“İnter” – “Latsio” (hər ikisi İtaliya) – 3:0

2007-ci il
“Sevilya” – “Espanyol” (hər ikisi İspaniya) – 2:2, pen. 1:3