Jurnalistlərlə deputatların futbol matçı keçiriləcək
06.05.2011 - 16:57
Mayın 12-də Azərbaycan jurnalistləri ilə Milli Məclisin deputatları arasında futbol görüşü keçiriləcək. Apasport.az saytının xəbərinə görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda saat 16:30-da başlayacaq.
Jurnalistlər və deputatlar arasındakı oyun Mətbuat Şurasının və Bakı Futbol Federasiyasının ölkə futbolunun 100 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində reallaşacaq. Bu münasibətlə ilk oyun bu il mart ayının 19-da “Şəfa” stadionunda jurnalistlərlə polislər arasında baş tutub.
Qeyd edək ki, tədbirlər planına jurnalistlərin veteran futbolçularla da matçının təşkili və idman mövzusunda yazan jurnalistlərin mükafatlandırılmaları daxildir.

0
0