Azərbaycan futbolçularından xeyirxah addım - FOTO
06.05.2011 - 17:10
Azərbaycan futbolçularından xeyirxah addım - FOTO
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri bu gün Müharibə və Əmək Əlilləri üçün Pansionatı ziyarət ediblər. Apasport.az saytının məlumatına görə, bu səfər yığmanın baş məşqçisi Təbriz Həsənov və komandanın futbolçularının xeyirxah addımı ilə əlamətdar olub.

Belə ki, Qazaxıstanda təşkil olunmuş “Prezident kuboku”nun qalibi olan yığmamızın futbolçuları aldıqları məişət texnikasını pansionatda yaşayan əlillərə hədiyyə veriblər. Bu hədiyyə həmin yarışın qalibinə təqdim olunan mükafat fondundan futbolçuların təşəbbüsü ilə xeyriyyə məqsədi üçün ayrılan vəsait hesabına alınıb.