“Sakit Alıyevin başında şiş aşkar edilib”
06.05.2011 - 17:56
“Sakit Alıyevin başında şiş aşkar edilib”
“Məşqçimiz Sakit Alıyevin səhhətində problem yaranıb. Başında tomoqrafiya müayinəsi olub. Əməliyyat olunacağı istisna deyil”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Turan” klubunun prezidenti Musa Süleymanov deyib.

Onun sözlərinə görə, Tovuzdakı xəstəxanaya yerləşdirilən 45 yaşlı məşqçisi Sakit Alıyevin başında cərrahiyyə əməliyyatı olunacağı gözlənilir: “Bu məqsədlə cərrah dəvət edəcəyik. Olmasa, onu Bakıya aparıb, orada əməliyyat etdirəcəyik. Bununla bağlı hər şey nəzarət altındadır”.

Süleymanov bildirib ki, Alıyev meydanda insult keçirməyib: “Deyəsən, futbol oynayıblar. Sonradan birdən yerə yıxılıb. Məndə dəqiq məlumat yoxdur. Onu bilirəm ki, hazırda xəstəxanadadır. Deyirlər ki, başında problem, nəsə şiş var”.

Mehman SÜLEYMANOV