Musa Süleymanov: Qoy, Naci Şensoy narazılıq etmək əvəzinə, utansın - MÜSAHİBƏ
06.05.2011 - 23:04
Tovuzun “Turan” klubunun prezidenti Musa Süleymanovun apasport.az saytına müsahibəsi
- Türkiyəli baş məşqçi Naci Şensoyun istefaya göndərilməsinin səbəbi nədir?
- Futbol aləmində yeni olduğum üçün məşqçiləri, insanları daha yaxşı tanıya bilmirəm. Əslində, bu il çempionat başlayanda bütün legionerləri yola salırdım. Ancaq Şensoy məni fikrindən daşındırdı. Dedi ki, bəs Azərbaycan kubokunu udacağam. Biz də buna görə böyük pullar xərclədik, yeni futbolçular gətirdik. Kubokdakı nəticə də göz qabağındadır. Həmin legionerlərlə çempionatda “Qarabağ”a qarşı utandırıcı futbol oynadıq, 1:5 hesabı ilə uduzduq. Fikirləşdim ki, məşqçi yeni gəlib, gələcəkdə dəyişiklik olar. Ancaq sonra gördüm ki, heç nə dəyişmir. İnsanıq da, səhvimiz olur. Legionerlərə bu qədər pul xərcləyib, belə nəticə göstərəndən sonra onları niyə saxlamalıyıq ki? Oynaya bilmirlər də. Şensoy verdiyi vədlərin heç biri yerinə yetmirsə, onu da saxlamağı mənasız saydıq.
- O, verdiyi hansı vədi yerinə yetirmədi?
- Kuboku qazanacağımıza söz vermişdi. Bunun üçün xeyli pul xərclədik. Axırda nə oldu? 1/4 finalda AZAL-ı keçə bilmədik.
- “Turan”ın Azərbaycan kubokunu qazanması nə dərəcədə real idi?
- Buna Şensoy söz vermişdi. Dedi ki, sən legioner al, mən də kuboku qazanacağam. Biz onun dediyini etdik, ancaq nəticəsini görmədik.
- Şensoy istədiyi futbolçuları alacağınız zaman kuboku qazanacağına təminat vermişdi?
- Rəsmi sənəddə, notariusda qeydiyyatda keçən müqavilədə heç nə göstərməmişdi. Ancaq demişdi ki, final-filan oyunçuları alsanız, kuboku götürəcəyik. Bundan sonra futbolçular arasında narazılıq yaratdı, təhqiramiz sözlər işlədirdi. Məgər bunları mən etmişdim? Həmişə futbolçulardan narazılıq edirdi. Futbolçularımız “Gəncə” ilə oyuna çıxmaq istəmirdi. Mən zəng edib, xahiş edəndən sonra çıxdılar.
- Niyə çıxmaq istəmirdilər ki?
- Mən orada olmamışam. Ancaq dedilər ki, Şensoy təhqiramiz sözlər danışdığı üçün futbolçular oyuna çıxmaq istəmirdilər.
- Ancaq Şensoy saytımıza müsahibəsində bunların yalan olduğunu bildirib...
- Heç kimi təhqir etməyib?
- Elə deyir...
- Bunu futbolçulardan soruşa bilərsiniz.
- Şensoyun əsas narazılığı sizinlədir. Dediyinə görə, siz futbolçuları ona qarşı çıxarır, hətta məcburi imza toplamısınız...
- Bilirsiniz, nə təhərdir? Bilirsiniz Şensoyu niyə gətirmişdim?
- Niyə?
- Komandaya kömək etmək üçün. Məşqçiliyini etsin, komanda da oynasın. Ancaq niyə Şensoyu yola salıram? Çünki işləyə bilmir. Qardaş, zorla deyil ki. Mən Şensoyu istəməsəydim, heç gətirməzdim də. Gətirdim, ancaq bacarmadı.
- Belə çıxır ki, Şensoyu gətirmək səhv addım idi?
- Ola bilər.
- Şensoy deyir ki, siz gələn il də postunuzda qalsanız, komanda tarixində ilk dəfə I diviziona düşəcək. O, hətta tovuzlu azarkeşləri “Turan”ı sizin əlinizdən almağa çağırıb...
- O, yeni gələndə mətbuat konfransında demişdi ki, biz “Turan”ı Premyer Liqada saxlamağa çalışacağıq. Ancaq komanda öz gücünə də bunu bacardı.
- Ancaq bir şeyi də nəzərə alaq ki, qış fasiləsində “Turan”la “Simurq”un xalları bərabər idi. Komanda I dəstəyə düşmək təhlükəsi ilə üzləşmişdi. Amma Şensoy gələndən sonra qazanılan qələbələr xal fərqinin artması ilə nəticələndi. Bunu Şensoyun xidməti saymırsınız?
- Yox. Qətiyyən belə deyil.
- Yəni, Şensoy olmasaydı belə, “Turan” güclülər dəstəsində qalacaqdı?
- Komanda “Qarabağ”la görüşdə çox zəif oynadı. “Turan” heç vaxt bu komandaya belə biabırçı şəkildə uduzmamışdı. Həmin “Qarabağ”la Şensoysuz kubokda görüşdük və onu keçdik. Söhbət bundan gedir də. Onun gördüyü iş budur. Şensoyun gəlişindən sonra “Turan” “Qarabağ”a biabırçı uduzur.
- Əgər AFFA tərəfindən 5 oyunluq cəzalanmasaydı, onu çıxaracaqdınız? Yəni bu amil səbir kasanızı daşdırdı?
- Əsas məqsədimiz kubokda idi. AZAL-a məğlubiyyətdən sonra Şensoyun mövsümün sonunda yola salmaq istəyirdik. Ancaq özü elə şərait yaratdı ki, gedişi tez oldu. Yəni komanda daxilində hörmətsizlik etdi. Başladı ki, Caviddən, Fərmayıldan futbolçu olmaz. Mən də ona dedim ki, sənə bu uşaqlar haqda belə sözlər danışmağa kim icazə verib? Axı sən kimsən? Pele kimi futbol professorusan ki, belə danışırsan? Niyə uşaqlar haqda belə danışmaqla, onları ruhdan salırsan? Şensoy komanda daxilində uşaqlarda bir küskünlük, narazılıq yaratdı.
- Şensoyu əsas narazı salan baş məşqçinin işinə qarışmağınızdır. Yəni, texniki zonada oturub, göstərişlər verirsiniz...
- Mən baş məşqçinin işinə niyə qarışıram?
- Məşqçi belə deyir...
- Çünki Şensoyun seleksiya qabiliyyəti sıfıra bərabərdir. “Qarabağ”la oyunda dedim ki, sol müdafiəçimizin üzündən 3 qol buraxdıq, gəl, AZAL-la görüşdə onu oynatma. Yəni bəlkə bu haqda fikirləşəsən. Oynatdı, onun üzündən yenə qol yedik. Bu da onun məşqçilik işinin nəticəsi oldu. Yəni, bu adam onu görmür, ancaq mən görürəm. Məgər bunda qəbahət var?
- Bununla belə, klub prezidentinin baş məşqçinin işinə qarışması qəbul olunmazdır...
- Şensoy qarışmamağı bildirdi, mən də heç nə deməyib, getdim də. Dedi, danışma, mən də baş üstə dedim, susdum. Axırı da belə oldu.
- Şensoyun bir maraqlı açıqlaması da budur ki, siz ona bu il heç bir komandanın aşağı dəstəyə düşməyəcəyi ilə bağlı nəsə demisiniz...
- Əşi, bunların hamısı nağıldır, boş-boş şeylərdir. AFFA-nın öz qanunları var. Orada nə olacaqsa, bunu mənə deyərlərmi? Boş-boş söhbətlərdir.
- Legionerləri çıxarmağınız nə ilə bağlıdır?
- Mən keçən il belə qərar qəbul etmişdim ki, 2-3 legioner saxlayacağam, qalanları yerlilər olacaq. Həmin legionerlər də ağıllı, bizə kömək edənlər olmalıdır. Bu, Muammer Erdoğdu, Rəşad Həsənov ola bilər. Başqaları ilə müqaviləni uzatmağın mənası yoxdur. Mən çempion olmaq istəmirəm ki. Ortabab oynayıb, öz futbolçularımızı yetişdirmək istəyirəm. Buna görə də legioner gətirmək istəmirdim. Şensoy da onu-bunu alaq, ilin əvvəlində 500 min xərclədim, nəticə də heç nə oldu.
- 500 min dollar?
- Bəli. Qoy, Şensoy narazılıq etmək əvəzinə, utansın. Desin ki, bağışlayın, üzərimə düşən vəzifəni edə bilmədim. Hələ dili var, bir danışır da...
- İndi maraqlı məqam Şensoya ödəniləcək kompensasiyadır. Onunla hələ 1 il qalan müqaviləni birtərəfli şəkildə pozduğunuz üçün qarşı tərəfə müəyyən məbləğ ödəməlisiniz. Bu, necə həll olacaq?
- Getsin məhkəməyə versin də.
- Onunla beynəlxalq məhkəmədə görüşməyə hazırsınız?
- Əlbəttə. Hara istəyir, ora da versin. İstəyir lap FİFA və UEFA-ya şikayət etsin.
- Bir qəpik də pul ödəməyəcəksiniz?
- Bizi bu qədər ziyana salıb. AFFA ona görə bizi 5 min manat cərimələyib. Danışmağa görə pul vermirlər (gülür).
- Şensoyun emosional olması, çox danışması, xüsusilə mətbuatın sevimli personası əvvəldən məlum idi...
- Mən bütün bunları normal qarşılamışam. Ancaq gərək danışdığın kimi, işləməyi də bacarasan.
- 6 aya futbolçu yetişdirmək olmur. Ona növbəti mövsümün əvvəlindən şans verib, özünün komanda qurmasına imkan yaratmaq olmazdı?
- Yox. Gördüm ki, Şensoy bacarmayacaq. O, futbolçu yetişdirmirdi axı. Bundan sonra yerli məşqçilərdən, öz futbolçularımızdan istifadə edəcəyik. Bu, qətidir. Məncə, bu, ən ağıllı qərardır. Keçən il eləmişdik, ancaq şeytan aldatdı məni. Əcnəbilər gətirdik, artıq pullar xərclədik. Uzağı 2-3 legioner saxlayacağıq. Əslində, bizim ona yox, haradasa onun bizə borcu var. 3-4 ay işləyib, pulunu vermişəm.
- Bilmək olar nə qədər?
- Sənəddə göstərilib. Müəyyən məbləğ vermişik də.
- Qalan 1 illik müqaviləyə görə kompensasiya məbləği böyükdür?
- Vallah, dəqiq bilmirəm. Əslində, böyük olmamalıdır.
- Komandanı son 3 oyuna baş məşqçi kimi Asim İbrahimov çıxaracaq. Seçimi izah edərdiniz?
- Baş məşqçi Şensoyun köməkçisi Sakit Alıyev ola bilərdi. Ancaq xəstələndiyindən, komandanı İbrahimova tapşırdıq. Klubumuzun daxilində olan adamdır. Uşaq-futbol məktəbimizə rəhbərlik edir. Biz artıq qərar verməmişik ki, baş məşqçimiz Asim İbrahimov olacaq. Sadəcə, o, komandanı son 3 tura çıxaracaq. Bəlkə işi yaxşı olacaq, qalacaq. Burda nə problem var ki?
Mehman SÜLEYMANOV

0
0