Mirça Rednikdən hakimlərimizə elitar cavab
06.05.2011 - 23:07
“Azərbaycan xalqı haqqında yalnız xoş sözlər deyə bilərəm”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.
Rumıniyalı mütəxəssisin “Bakı” ilə kubokun təkrar yarımfinal matçından sonra xalqımız haqda mənfi fikirlər səsləndirdiyi deyilsə də, Rednik bunu təkzib edib: “Əvvəlcə onu deyim ki, hansısa xalq, millət və etnik qruplar haqqında pis fikirləri yalnız normal olmayan insanlar, ruhi xəstələr deyə bilərlər. Mən əsilli köklü nəslin nümayəndəsiyəm. Mədəni ailədə böyümüşəm, elitar tərbiyə görmüşəm. Tərbiyəli olduğum qədər də savadlıyam. Mənim problemim xalqla, cəmiyyətlə deyil, hakimlərlədir. Hakim haqsızlığını hiss etdiyim zaman yalnız hakimə etiraz edirəm. Bilmirəm, bəlkə belə Avropa sayağı etiraz bu hakimlərə yaddır?”
Rednik bildirib ki, komandanın bu qədər düşməni olduğunu bilmirmiş: “Düzü, bura gələnə qədər bilmirdim ki, “Xəzər Lənkəran”ı bu qədər sevən azarkeşləri var. Heç bu qədər düşməni olduğunu da bilmirdim, yəni hakimləri. Mən “Neftçi” ilə oyundan sonra qarşılaşdığım haqsızlığa görə Haaqa məhkəməsinə müraciət etmədim ki, Azərbaycan futbolu üçün yaxşı hal deyil. Amma məni belə ittihamla suçlamağı bağışlamaram. O zaman yəqin məni azarkeşlər də anlayar. Vəkil tutub həmin qüvvələri dünyada rüsvay edərəm. Onlar bəlkə dünya futbolundan və hüquq normalarından xəbərsizdirlər”
Rumın çalışdırıcı, həmçinin qeyd edib ki, hakimləri onu şərləməklə özlərini təhqir edirlər: “Sevgini qazanmaq üçün ədalətli olmaq lazımdır, bunu hakimlər nəzərə almalıdırlar. Ölkənizdə ən çox azarkeş dəstəyi bizim komandaya olur. Bu insanlar xalqın bir hissəsidir. Deməli, xalqın bir hissəsi məni sevir, mən də onları. Hakimlər isə məni şərləməklə, özlərini təhqir edirlər”.
Mənbə: 12-ci oyunçu

0
0