“Qalatasaray” Arda Turanın taleyinə aydınlıq gətirdi
07.05.2011 - 12:05
“Qalatasaray” Arda Turanın taleyinə aydınlıq gətirdi
“Qalatasaray” klubu kapitanı Arda Turanın gələcək taleyinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, klubun mayın 14-də prezident seçkilərində iştirak edəcək hər 3 namizəd – Ünal Aysal, Mehmet Helvaçı və Turqay Kıran 24 yaşlı futbolçunu satmayacaqlarını qəti bildiriblər. Arda ən azı 3 milyon avroluq yeni müqavilə təklif edəcək. Bununla da namizədlər “Cim Bom” azarkeşlərinin narahatçılığına son qoyub.

Bir sıra Avropa klublarının, o cümlədən Madrid “Atletiko”nun maraq dairəsində olan Turan “Qalatasaray”la müqaviləsi 2013-cü ildə bitəcək. O, indiki anlaşmaya görə ilinə 2 milyon avro qazanır. Son ildə isə bu rəqəm 2,5 milyon avroya çatacaq, yarımmüdafiəçi oyun başı 10 min avro alacaq. Yeni müqavilənin imzalanması 1 aya reallaşacaq və yeni prezident Ardanın meneceri Ahmet Bulutla danışıqlar stolu arxasına əyləşəcək.