“Qarabağ”ın medal və Avroliqaya vəsiqə qazanması bu gün rəsmiləşir
07.05.2011 - 13:53
Azərbaycanı avrokubokların yeni mövsümündə təmsil edəcək daha bir komandaya bu gün aydınlıq gəlməlidir. Apasport.az saytının məlumatına görə, hazırda 3-cü pillədə olan Ağdamın “Qarabağ” klubuna Avroliqaya vəsiqəni rəsmiləşdirmək üçün 1 xal yetərlidir. Əgər Qurban Qurbanovun çalışdırdığı komanda bu gün “Xəzər Lənkəran”la səfər oyununda uduzmasa, vəsiqəni rəsmiləşdirəcək. Bu zaman “Qarabağ”ın ən pis halda, ötən mövsümdəki kimi bürünc medalçı olması dəqiqləşəcək. Hələ ki avrokuboklara 2 təmsilçimiz vəsiqə qazanıb ki, “Neftçi”nin Çempionlar Liqasında, “Xəzər Lənkəran”ın Avroliqada iştirakı dəqiqdir.
Ağdamlıların ən yaxın izləyicisi olan, 4-cü pillədə gedən AZAL-la arasında 9 xal fərqi var. Komandalar arasında oyun qaldığından, “təyyarəçilər” nəzəri cəhətdən rəqibinə çata bilər. Ancaq AZAL bu gün “Bakı” ilə səfər görüşündə xal itirsə, Lənkərandakı matçın nəticəsindən asılı olmayaraq, 3-cü yeri tutmaq şansını birdəfəlik itirəcək.
Premyer Liqanı tərk edən 2-ci komandaya da bu turda aydınlıq gələ bilər. “Simurq”u ötən tur I diviziona yuvarlamayan “Qəbələ” bu dəfə digər autsayder “Turan”la görüşür. Tovuzlular sabah səfərdə qalib gələrsə, Premyer Liqada qalması və “Simurq”un oranı tərk etməsini rəsmiləşdirəcək. Ancaq buna elə Qəbələdəki oyunda qədər elə bu gün aydınlıq gələ bilər. Belə ki, “Simurq” səfərdə MOİK-ə qalib gələ bilməzsə, I diviziona düşməsi ilə barışmalı olacaq. Zaqatalıların qələbəsi MOİK-in çempionatı son pillədə bitirməsini rəsmiləşdirəcək.
Qeyd edək ki, Premyer Liqaya I divizionda ilk yeri tutan Bakı klubları – “Abşeron”la “Rəvan” çıxıb.
Mehman SÜLEYMANOV

0
0