“Azərbaycan yığması ilə aramızda həmişə “qırğın” olub”
07.05.2011 - 14:45
“Azərbaycan yığması ilə qarşıdakı oyunumuzu nəticəsi ilə bağlı proqnoz vermək istəmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstan milli komandasının futbolçusu Sergey Skorıx deyib. Vətənində “Jetısu” klubunda oynayan yarımmüdafiəçi Avro-2012-nin seçmə mərhələsində növbəti rəsmi oyununda iyunun 3-də Astanada qəbul edəcəkləri Azərbaycan milli komandasını qalib gəlməyin vacibliyini bildirib: “Milli komandamızın vəzifəsi misal üçün İngiltərə, yaxud Almaniya ilə yaxşı oynamayıb, Azərbaycan və ya digər MDB təmsilçilərini yenməkdir. Bizim aramızda həmişə “qırğın” olub. Açığı, nəticəni ehtimal etməyə cəsarət etmirəm. Biz qələbəyə köklənəcəyik. Oyunun necə olacağı isə heç kimə məlum deyil”.
0
0