Çempionların duelində qalib müəyyənləşmədi
08.05.2011 - 16:53
Çempionların duelində qalib müəyyənləşmədi
Bu gün Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son 3 qarşılaşmasından 1-i ilk, 2-si ikinci “altılıq” çərçivəsində keçirilib.

Günün ə məhsuldar oyunu “Şəfa”da baş tutub. Erkən qollarla hesabda irəli çıxan “Muğan” “Gəncə” üzərində qələbə qazanıb. Salyanlılar rəqib qapısına 2 qol vurduqdan sonra öz qapılarından da 1 top keçirib. Bu, Mehman Allahverdiyevin baş məşqçi postuna gəlişindən sonra “Gəncə”nin ilk məğlubiyyəti olub.

Son 2 mövsümün çempionları “Neftçi” və “İnter” arasında paytaxt derbisində isə qalib müəyyənləşməyib. Titulun yeni sahibi kimi ilk qaarşılaşmasına çıxan “ağ-qaralar” sabiq çempiona güclü olduqlarını göstərə bilməiblər.

Qəbələdəki matçda isə meydan sahiblərinin erkən qolu Toni Adamsın yetirmələrinə növbəti qələbəni qazandırıb. Bununla da Asim İbrahimovun “Turan”da debütü məğlubiyyətlə əlamətdar olub.

7 may

“Xəzər Lənkəran” – “Qarabağ” - 1:1
QOLLAR: Opara, 16 - İlqar Qurbanov, 90+1
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Rza Məmmədov, Ramil Diniyev
Lənkəran. Şəhər mərkəzi stadionu
Cari mövsümdəki oyunlar – 1:0, 1:2, 0:0

“Bakı” – AZAL - 2:1
QOLLAR: Aleksandr Şoliç, 20, Vyaçeslav Sofroni, 79 - Usim Nduka, 66
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Aleksandr Musatkin, Anar Salmanov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Cari mövsümdəki oyunlar – 2:3, 0:0, 0:1

MOİK – “Simurq” - 1:0
QOL: Ruhid Usubov, 45
Hakimlər: Teymur Fərhadov, Samir Hacıyev, Elşən Durmuşov, Vüsal Əliyev
Bakı. “Bakı” klubunun təlim-məşq bazası
Cari mövsümdəki oyunlar – 0:2, 1:1, 2:1

8 may

15:00. “Muğan” – “Gəncə” - 2:1
QOLLAR: Miloş Zeçeviç, 2-pen., Anhel Qutyerres, 12 - Ekrem Hodziç, 34-öz qapısına
QIRMIZI VƏRƏQƏ: Ramal Hüseynov, 85 (2-ci sarı/qırmızı vərəqə)
Hakimlər: Fuad Həsənov, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məmmədov
Bakı. “Şəfa” stadionu
Cari mövsümdəki oyunlar – 1:1, 0:3, 1:1

15:40. “Neftçi” – “İnter” - 0:0
Hakimlər: Əliyar Ağayev, Azər Əsgərov, Yaşar Abbasov, Ceyhun Haşımov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Cari mövsümdəki oyunlar – 2:0, 1:1, 1:1

16:00. “Qəbələ” – “Turan” - 1:0
QOL: Yaşar Abuzərov, 14
Hakimlər: Rauf Cabbarov, Azad Q. Hüseynov, Aydın Ələkbərov, Hacıəli Ağayev
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
Cari mövsümdəki oyunlar – 1:0, 1:0, 2:0

Turnir cədvəli

 

Komanda

O

Q

H

M

Qollar

Xallar

1

Neftçi

30

19

9

2

52-13

66

2

Xəzər Lənkəran

30

15

11

4

35-17

56

3

Qarabağ

30

16

7

7

37-19

55

4

AZAL

30

12

9

9

33-27

45

5

İnter

30

12

9

9

28-24

45

6

Bakı

30

10

10

10

33-29

40

 

7

Qəbələ

30

12

11

7

29-17

47

8

Muğan

30

12

8

10

27-29

44

9

Gəncə

30

8

11

11

30-32

35

10

Turan

30

6

6

18

21-42

24

11

Simurq

30

3

7

20

15-47

16

12

MOİK

30

3

6

21

10-53

15



Bombardir: Bahodir Nasimov ( Neftçi ) – 15.