Yeddi illik həsrətə son
08.05.2011 - 10:51
Avropanın daha bir ölkəsində çempionun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “Milan” klubu tarixində 18-ci dəfə çempion olub. Ölkə çempionatının 36-cı turunda səfərdə “Roma” ilə qolsuz heç-heçə edən qara-qırmızlar sona 2 tur qalmış qızıl medalları təmin ediblər. Bununla da “Milan”ın 7 illik həsrətinə son qoyulub. Milanın eyni adlı təmsilçisi sonuncu dəfə 2003/04 mövsümündə çempion titulunu qazanmışdı.
Qeyd edək ki, çempionluq sayında “İnter”ə çatan “Milan” indi yalnız “Yuventus”dan geri qalır. Turinlilərin 27 qızıl medalı var.
Qeyd edək ki, çempionluq sayında “İnter”ə çatan “Milan” indi yalnız “Yuventus”dan geri qalır. Turinlilərin 27 qızıl medalı var.
0
0