Messi arxada qaldı
08.05.2011 - 11:29
Messi arxada qaldı
İspaniya çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, turun ilk günü bombardirlər yarışında liderin dəyişməsi ilə əlamətdar olub. “Sevilya”nı səfərdə 6:2 hesabı ilə darmadağın edən “Real”ın portuqaliyalı legioneri Kriştiano Ronaldo zirvəni ələ keçirib. 31-ci dəqiqədən 75-ci dəqiqəyədək olan 45 dəqiqə intervalında 4 qol vuran futbolçu poker sayəsində Liobel Messini arxada qoyub. Artıq hesabında 33 top olan Ronaldo argentinalını 2 qol qabaqlayır.