“Gəncə” “Neftçi” və “Turan”dan sonra 3-cü oldu
08.05.2011 - 16:06
“Gəncə” “Neftçi” və “Turan”dan sonra 3-cü oldu
Azərbaycan Premyer Liqasının bu gün keçirilən ilk oyunundan sonra daha bir komandanın yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Muğan”a uduzan “Gəncə” son 2 turun nəticəsindən asılı olmayaraq 9-cu yeri təmin edib. 8-ci pillədəki “Muğan”la xal fərqi 9-a çatan Mehman Allahverdiyevin yetirmələri 10-cu yerdəki “Turan”dan 11 xal öndədir. Bu fərqlərin aradan qaldırılması üçün isə 2 tur kifayət deyil.

Qeyd edək ki, “Gəncə” cari mövsüm tutacağı yer dəqiqləşən 3-cü komandadır. “Neftçi” ötən tur 1-ci yeri təmin etmişdisə, dünən “Simurq”un məğlub olması “Turan”ın 10-culuğunu rəsmiləşdirib.