Mehman Allahverdiyevin 8 itkisi
08.05.2011 - 17:25
Mehman Allahverdiyevin 8 itkisi
"Muğan" klubunu qələbə münasibəti ilə təbrik edirəm, çox gözəl komandadır. Bugünkü oyuna 8 itki ilə çıxmışdıq”. Apasport.az satının məlumatına görə, bu sözləri "Gəncə" klubunun baş məşqçisi Mehman Allahverdiyev deyib.

Təcrübəli mütəxəssis cari mövsümdə ilk məğlubiyyəti Azərbaycan Premyer Liqasının XXX turunun “Muğan”la oyununda alıb – 1:2. Allahverdiyev bunun səbəbini heyətdəki itkilərdə görür: “Erkən qol buraxdıq, ardından ikinci qolu qapımızda gördük, bu, komandaya psixoloji təsir etdi. İkinci hissədə üstünlüyə yiyələndik, bir neçə qol imkanımız oldu. Lakin Ramal Hüseynovun qırmızı vərəqə alması oyunumuza təsir etdi".


Mənbə: pfl.az