“Onlar oturuşmuş heyətə malikdir”
08.05.2011 - 17:34
“Onlar oturuşmuş heyətə malikdir”
"Bu gün növbəti qələbəmizi qazandıq, şadam. "Gəncə" klubu oturuşmuş heyətə malikdir, təcrübəli futbolçulardan təşkil olunub”. Apasport.az saytının məlumatına görə, bu sözləri Salyanın "Muğan" klubunun məşqçisi Bəhmən Həsənov deyib.

Azərbaycan Premyer Liqasının XXX turunda “Gəncə”ni 2:1 hesabı ilə udduqdan sonra gənc çalışdırıcı qarşılaşmanı dəyərləndirib: “Bu oyunun elə bir əhəmiyyəti olmasa da, prinsipiallığı var idi. Komandam verilən tapşırığı yerinə yetirdi, oyunun əvvəlində fərqləndik. Lakin ikinci hissədə bərabər səviyyəli oyun getdi".

Mənbə: pfl.az