Yığmamız əzmkar qələbə ilə başladı - YENİLƏNİB
10.05.2011 - 13:47
Yığmamız əzmkar qələbə ilə başladı - YENİLƏNİB
Bu gün Moldovanın paytaxtı Kişinyovda beynəlxalq turnirə start verilib. Apasport.az saytının məlumatına görə, “FA of Moldova Cup” adlanan yarışın açılış matçında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Litva milli komandaları üz-üzə gəliblər.

Təbriz Həsənovun yetirmələri matçın gedişində məğlub duruma düşsələr də, 2 qol vuraraq əzmkar qələbə qazanıb – 2:1. Yığmamız növbəti oyununu mayın 12-də Rumıniyaya qarşı keçirəcək.

Qeyd edək ki, Azərbaycan, Litva və Rumıniya yığmaları ilə yanaşı meydan sahibləri də bu turnirdə iştirak edir.


“FA of Moldova Cup”

I tur

13:00. AZƏRBAYCAN - LİTVA - 2:1