“Simurq”un futbolçusu mövsüm bitməmiş getdi
10.05.2011 - 13:25
“Simurq” xorvatiyalı qapıçısı Adnan Hodziçlə yollarını ayırıb. Bu haqda apasport.az saytına komandanın baş məşqçisi Qyoko Hacıyevski məlumat verib.
Onun sözlərinə görə, 26 yaşlı legioner mövsümün bitməsini gözləməyi lazım bilməyib: “Adnan özü getmək istədi və bunu mənə bildirdi. Təbii ki, müqaviləsi olduğundan, klubdan özbaşına gedə bilməzdi. Rəhbərliklə söhbətləşməyinin vacibliyini dedim. Bunu edərək, razılığa gəldi və Xorvatiyaya qayıtdı. Artıq I diviziona düşməyimiz dəqiqləşsə də, komandamızda hələlik ondan başqa gedən yoxdur. Kapitanımız Samir Əliyev də bizimlədir. Sadəcə, zədəli olduğundan, adını oyunun protokoluna daxil etməmişdik”.
Qeyd edək ki, cari mövsümdə “Simurq”un əsas qapıçısı olan Hodziç 26 oyuna 43 qol buraxıb. Onu zaqatalıların yeganə legioneri də saymaq olar.
Düzdür, ilk dövrədə litvalı müdafiəçi Paulius Paknislə gürcü hücumçu Baçana Sxadadze, bu ildən bolqar arxa xətt oyunçusu Jivko Jelevlə braziliyalı yarımmüdafiəçi Mario Souza “Simurq”da oynayıb. Ancaq məsələ ondadır ki, onların 4-ü də müqavilə ilə “İnter”ə məxsus olaraq, icarəyə verilib.
Mehman SÜLEYMANOV

0
0