AFFA klublara dərs keçir
10.05.2011 - 14:45
AFFA-nın Futbol İdarəçiliyi Təlim Proqramının giriş mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Assosiasiya, Liverpul Universiteti və FMMİ şirkətinin əməkdaşlığı çərçivəsində baş tutan tədbir mayın 13-dək davam edəcək. Burada AFFA-nın və “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran”, AZAL, “Qarabağ”, “İnter”, “Bakı”, “Turan” klublarının nümayəndələri iştirak edir.
Qeyd edək ki, bu ilin fevral ayında AFFA-nın baş katibi Elxan Məmmədov Liverpul şəhərində eyniadlı universitetin futbolun idarə edilməsi üzrə proqram direktoru, professor Geoff Pirson ilə görüşmüş, Liverpul Universitetinin professorlarının Azərbaycana gələrək AFFA-nın, ölkə klublarının əməkdaşları və futbol ictimaiyyətinin nümayəndələri üçün müxtəlif idarəetmə sistemi üzrə müvafiq qruplar əsasında kurslar keçirməsi barədə ətraflı müzakirələr aparmışdı.

0
0