Türkiyə yığmasının sabiq futbolçusu sevgilisini döydü - FOTO
10.05.2011 - 16:24
Türkiyə milli komandasının sabiq futbolçusu Yusuf Şimşək məhkəməyə verilib. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça” və “Beşiktaş” klublarında çıxışı ilə tanınan, karyerasını bitirən 36 yaşlı futbolçu özündən 12 gün kiçik olan Burçin Basolu döyüb.
Xanım 4 aydır sevişdiyi və ayrılmaq istədiyi Şimşək tərəfindən döyüldüyü bildirərək, şikayətçi olub: “Yusufa ayrılmaq istədiyimi söylədim. O da ayrılmaq istəmədiyimi söylədi. Evə gəldi, qapını açmadım. Amma 1 saat keçdikdən sonra çölə çıxmaq istədim. Qapını açanda hələ orada dururdu. İçəri girdi və bir neçə dəfə yumruq atdı”.
Şimşək etdiklərini danmayaraq, peşmançılıq hissi keçirir: “Burçinlə danışmaq istəsəm də, qapını açmadı. “Danışacaq bir şey yox” deyincə sinirləndim və üzümə bir-iki zərbə atdım. Sonra peşman oldum”.
Prokurorluq evli, 2 uşağı olan Şimşək haqqında yüngül yaralama ittihamı ilə 4 aydan 1 ilə qədər həbs cəzası istəyib.

0
0