Əmrah Çəlikəl: Həmin futbolçularla yeni müqavilə bağlamaq üzrəyik
11.05.2011 - 11:21
“Anlaşması bitən futbolçularımızla yeni müqavilələrin bağlanması yönündə danışıqlar davam edir. Bu, yalnız Elvin Məmmədova aid deyil. Çünki o, artıq gələcək taleyi ilə bağlı qərar verib”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl deyib.
Çəlikəl bildirib ki, hələlik yalnız Elvin Məmmədovun komandadan gedəcəyi dəqiqləşib: “Onun baş məşqçi Qurban Qurbanovla görüşü olub və qalmaq istəmədiyini bildirib. Məmmədov çox güman “Bakı”ya keçəcək. Bizimlə müqaviləsi bitir və özünə yeni komanda seçməkdə sərbəstdir”.
Məmmədovun “Qarabağ”da hansısa probleminin olmadığını vurğulayan Çəlikəl bildirib ki, heyəti qorumaq istəyirlər. O, klubun yetirməsi, Elvinlə millidə də komanda yoldaşı olan hücumçu Vüqar Nadirovun məsələsinə də aydınlıq gətirib: “Vüqar və Namiq Yusifovla danışıqlarımız yekunlaşır. Onların “Qarabağ”da qalmaq istədiyini bilirik. Həmin futbolçularla yeni müqavilə bağlamaq üzrəyik. Bu məsələ 70 faiz həllini tapıb. Ola bilər ki, Vüqar və Namiqlə yeni anlaşmamız 2 illik olsun. Yeni müqaviləni hələlik yalnız Admir Teli ilə bağlamışıq. Bu, 1 illikdir. Ötən yay transfer etdiyimiz Andrey Rubinin bizimlə hələ 1 illik müqaviləsi var. Latviyalı futbolçumuzla bağlı bizə heç bir klub rəsmi müraciət etməyib. Qurbanov Rubinə güvəndiyini bildirib və onun xidmətindən istifadə edəcəyik”.
Mehman SÜLEYMANOV

0
0