Mahir Şükürov: Bu, yaxşı prosesdir
11.05.2011 - 12:07
“Bir həftədir yeni komandamın məşqlərinə qatılmışam. Hər şey yüksək səviyyədədir. Burda məşq etmək və futbol oynamaq üçün hər cür şərait yaradıblar. Bu imkanlarına görə “Qəbələ” Azərbaycanda yeganə klubdur”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun müdafiəçisi Mahir Şükürov deyib.
Mövsüm başa çatmasa da, transfer çalışmalarına start verən əyalət təmsilçisi öncə milli komandamızın da formasını geyinən Mahir Şükürovla anlaşdı. “Anji” ilə müqaviləsini qarşılıqlı şəkildə pozan futbolçu bir müddət “Neftçi”nin düşərgəsində məşq etdikdən sonra “Qəbələ” ilə anlaşdı.
Hazırkı çalışdırıcı Toni Adamsla münasibətlərinin normal olduğunu vurğulayan Şükürov ingilis mütəxəssisin məşq prosesinə də toxunub: “Məni komandaya baş məşqçinin özü dəvət edib. Bir-birimizə hörmətlə yanaşırıq. Təbii ki, hər bir məşqçinin öz fəlsəfəsi, futbola yanaşma tərzi var. Adams uzun müddət “Arsenal” və İngiltərə yığmasının formasını geyinib. Bu gün bizə ingilis futboluna xas məşqlər keçir”.
Şükürov yeni klubunda yığmadakı komanda yoldaşlarının sayının artmasına da sevinir: “Əslində, bu, yaxşı prosesdir. Yığma üzvləri ilə eyni klubda nə qədər çox oynasan, o qədər yaxşıdır. Belə olanda, anlaşma baxımından problem olmayacaq. Onların transferi klubda yerli oyunçuların sayını artıracaq. Buna ancaq sevinmək olar. Düzdür, komandada legioner də olmalıdır. Ancaq məhdud sayda”.
Rayonda yaşamağın futbolçu üçün üstünlük olduğunu deyən Şükürov fikrini belə əsaslandırıb: “Rayonda yaşamaq çətin deyil. Əslində, futbolçu üçün ən yaxşı seçim elə rayondur. Təmiz hava, əla şərait yaradılıb. Belədə ancaq məşq etmək haqda düşünürsən. Ancaq Bakıda olanda məşqin tez bitməsini istəyirsən ki, şəhərə gəzməyə çıxasan”.
Belçika ilə oyundan sonra yığmanın baş məşqçisi Berti Foqtsla görüşən müdafiəçi formada olmadığı üçün almaniyalı mütəxəssisdən Qazaxıstan və Almaniya ilə matçlara çağırılmamağını xahiş etmişdi. Bəs görəsən, futbolçu fikrini dəyişibmi?
Mahir artıq formasını bərpa etməyə yaxın olduğunu deyib. Bununla belə, o, tələsmək istəmir: “Özümü normal hiss edirəm. Məşqçimiz də yaxşı olduğumu deyir. İndi əsas problemim oyun təcrübəsinin azlığı ilə bağlıdır. Yəni, oyun təcrübəsi baxımından əziyyət çəkirəm. Ona görə, hələ tələsmək istəmirəm”.

0
0