“İdman Azərbaycan” əhəmiyyətsiz oyunu seçdi
11.05.2011 - 12:58
“İdman Azərbaycan” əhəmiyyətsiz oyunu seçdi
Azərbaycan Premyer Liqasının XXXI turunun 2 oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, “İdman Azərbaycan” kanalı ilk və ikinci “altılığ”ın hərəsindən cəmi 1 matçı nümayiş etdirəcək.

Belə ki, sabah azarkeşlər heç bir marağı olmayan “Muğan” – MOİK qarşılaşmasını izləyə biləcəklər. Çünki ordu futbolçuları Premyer Liqa ilə vidalaşdıqları halda, Salyan təmsilçisi burada öz yerini təmin edib. Turun son günü isə Quzanlı stadionundan “Qarabağ” – “Neftçi” görüşü birbaşa göstəriləcək.

Qeyd edək ki, “Muğan” rəqibini saat 16:00-da, “Qarabağ” isə 15:00-da qəbul edəcək.