FİFA futbol qaydalarını dəyişdirir
11.05.2011 - 13:10
Dünya futbolundakı qaydalarda dəyişiklik edilir. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu FİFA artıq bununla bağlı ilk addım atıb.
Frants Bekkenbauer, Bobbi Çarlton, Demetrio Albertini, Kafu, Fernando Yerro və digər tanınmış futbolçuların daxil olduğu “FİFA-2014” işçi qrupunun keçirilən ilk görüşündə bəzi qaydaların dəyişilməsinin mümkünlüyü müzakirə edilib. FİFA-nın mətbuat xidmətindən bildirilir ki, bu dəyişiklər əvəzetmələrin sayının dəyişilməsi, oyundan kənar vəziyyətlərin müəyyənləşməsi və son ümid foluna görə cəza ilə bağlıdır.
Qrup üzvləri matçın əlavə vaxtında, ilk növbədə gənc komandaların oyunlarında 4-cü əvəzləməyə icazə verilməsini təklif ediblər. Onların fikrincə, 3 qat cəzalar - penalti, qırmızı vərəqə və futbolçunun növbəti oyun üçün diskvalifikasiyası yalnız topun qapıdan keçirilməsinə imkan verilməyən aşkar kobudluqlar zamanı qalmalıdır. Qalan hallarda isə sarı vərəqə və penaltilərin yetərli olması məqsədəuyğun sayılıb.
Yeniyetmələrdən (17 yaşadək futbolçuların) ibarət komandaların yarışında əlavə vaxtın ləğv edilərək, oyundan dərhal sonra penalti zərbələrinin vurulmasının tətbiqi gözlənilir. Bundan əlavə, qadın hakimlərlə məşqçilərin dünya futbolunda sayının artırılması təklif olunub.

0
0