Ronaldo azarkeşin burnunu qırdı
11.05.2011 - 14:42
Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo İspaniya çempionatının son oyununda hər mənada fərqlənib. Apasport.az saytının məlumatına görə, “Xetafe” ilə görüşdə vurduğu 3 qolla 4:0 hesablı qələbənin memarı olan portuqaliyalı təkcə qapını dəqiq nişan almır.
Belə ki, matçın 17-ci dəqiqəsində topu meydandan çıxararkən güclü zərbə endirən Ronaldo düz “hədəf”ə düşüb. Lakin bu dəfə “mərmi” azarkeşin burnuna tuş gəlib.
Matçdan sonra İspaniya çempionatının ən yaxşı bombardiri öz futbolkasını burnu qırılan azarkeşə bağışlayıb. O, bununla fanata mənəvi kompensasiya verib.
Qeyd edək ki, Ronaldo 1 çempionatda 6-cı het-triki rəsmiləşdirməklə, Primeranın və 1 mövsümdə 49 qol vurmaqla “Real”ın rekordunu yeniləyib.

0
0