Bakıda oynayıb, “Yuventus”a keçdi
11.05.2011 - 14:50
Bakıda oynayıb, “Yuventus”a keçdi
“Yuventus” ilk transfer bombasını partladıb. Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi “Milan”a lazım olmayan Andrea Pirlo ilə 3 illik müqavilə imzalayıb.

İtaliya yığmasının 32 yaşlı yarımmüdafiəçisinin indiki klubu ilə müqaviləsi cari mövsümün sonunda bitir. “Yuventus” Pirlonun sərbəst futbolçu olmasından yararlanıb, onun menecerini Turinə danışıqlara dəvət edib. Nəticədə tərəflər razılığa gələrək, 3 illik anlaşıblar.

Andrea son 10 ildə oynadığı “Milan”la növbəti çempionluğunu qazansa da, cari mövsümdə daha çox ehtiyatda qalır. Çempionlar Liqasından kənarda qalan “Yuventus” Pirlonu icarəsi bitdiyindən “Liverpul”a qayıdacaq Alberto Akvilaninin yerinə dayaq yarımmüdafiəçisi mövqeyində oynayacaq.

Qeyd edək ki, Pirlo yığmasının heyətində 2002-ci ilin sentyabrında Bakıya gələrək, milli komandamıza qarşı oynayıb.
0