Bundesliqa və Azərbaycan Premyer Liqasının fərqi
11.05.2011 - 19:02
Bundesliqada yeni rekord müəyyənləşə bilər. Apasport.az saytının məlumatına görə, sonuncu tur ərəfəsində mövsüm boyu çempionat matçlarına toplaşan azarkeşlərin ümumi sayı 13 milyona çatır.
Arxada qalan 33 turda 12 milyon 622 min 546 tamaşaçı qeydə alınıb. Son turda ötən mövsümün rekordunun yenilənməsi ilə yanaşı, 13 milyon həddi də aşıla bilər. Ötən çempionatda Bundesliqa matçlarına 12990967 tamaşaçı yığılmışdı.
İndiki potensial rekorda ən böyük töhfəni Dortmund “Borussiya”sı verib. Onların hər matçını orta hesabla 79150 nəfər izləyib. “Bavariya”da bu rəqəm 69000, “Şalke”də isə 61320-yə bərabərdir.
Qeyd edək ki, 13 milyona çatmağa yaxınlaşan Almaniya çempionatından fərqli, Azərbaycan Premyer Liqası hələ yarım milyonun arzusundadır. Baş tutan 30 tura cəmi 407646 tamaşaçı yığan çempionatımız çətin ki, son 2 turda yarım milyona çatsın.

0
0