AFFA AZAL-ın futbolçusunu bağışladı
11.05.2011 - 17:50
AFFA AZAL-ın futbolçusunu bağışladı
Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda AZAL klubunun futbolçusu Robert Petrovun cəzasının ləğv edilməsi ilə bağlı müraciəti müzakirə olunaraq, müvafiq qərar çıxarılıb.

Qərara əsasən Makedoniya yığmasının sabiq futbolçusu barədə AFFA İntizam Komitəsinin qəbul etdiyi cəza qüvvədə saxlanılsa da, yüngülləşdirilib. Petrov intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılıb, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunub. 6 aylıq sınaq müddəti ərzində makedoniyalı eyni hərəkətlərə yol verərsə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.

Qeyd edək ki, eyni zamanda Bolqarıstan vətəndaşı olan Petrov Makedoniya milli komandasında 33 matç keçirərək 1 qol vurub.
0