“Barselona” 21-ə çatdı
12.05.2011 - 08:57
“Barselona” 21-ə çatdı
İspaniya çempionatında 36-cı turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan oyunlardan sonra Primeranın qalibinin adına aydınlıq gəlib. Səfərdə “Levante” ilə 1:1 hesablı heç-heçə edən “Barselona” finişə 2 tur qalmış qızıl medalları təmin edib. Çempionun ən yaxın izləyicisi olan Madridin “Real” son 2 matçda 6 xallıq fərqi aradan qaldırsa belə şəxsi oyunların nəticələrinə əsasən Xosep Qvardiolanın yetirmələri zirvədə qalacaq. Bu, Kataloniya təmsilçisinin ardıcıl 3-cü, tarixində isə 21-ci ölkə çempionluğudur. Hələ ki, “Barselona” bu göstəricidə “Real”dan çox geri qalır. Paytaxt təmsilçisi 31 dəfə 1-ci pilləni tutub.
0