“Qalatasaray” “İnter”in futbolçusunu transfer edir
12.05.2011 - 11:15
“Qalatasaray” klubu transfer bombasını partlatmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, “Cim Bom”un yeni prezidenti olmağa əsas namizəd olan Ünal Aysal İtaliyanın “İnter” klubunun və Argentina milli komandasının yarımmüdafiəçisi Esteban Kambyassonun keçidi ilə danışıqlara başlayıb. “İnter”lə əlaqəyə girən Aysal transferin 4-5 milyon avronun reallaşması cavabını alıb.
70 yaşlı iş adamının transfer çalışmaları ilə Bülənt Tulun məşğuldur. O, Avropanın ən yaxşı orta sahə oyunçularından Kambyasso ilə bağlı “İnter”lə anlaşaraq, indi futbolçunu razı salmaq üçün çalışmalarına başlayıb. “Qalatasaray”ın Estebana 1 ilinə görə 2,5 milyon avro verməsi gözlənilir. Uzun müddətdir oynadığı “İnter”lə çoxsaylı titullar qazanan 30 yaşlı argentinalı “Cim Bom”a gəlmək variantına yaxşı baxsa da, yeganə tərəddüdü komandanın gələn mövsümdə Avropada oynamamağıdır.
Qeyd edək ki, Tulun İsveç milli komandasının və İngiltərənin “Everton” klubunun hücumçusu Elmanderlə böyük ölçüdə anlaşıb.

- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
0
0