Ruslan Abışovla Almaniya yox, Rusiya klubu maraqlanıb
12.05.2011 - 12:25
Tanınmış gürcüstanlı mütəxəssis Omari Tetradze Azərbaycan millisinin daha bir futbolçusu ilə maraqlanıb. Apasport.az saytının məlumatına görə, Rusiya Premyer Liqasının debütantı olan Nijni-Novqorodun “Volqa” klubunun 43 yaşlı çalışdırıcısı Ruslan Abışovu sərəncamında görmək istəyib.
Ötən qış “Anji”nin baş məşqçisi olduğu zaman Mahir Şükürovun keçidinə təşəbbüskar olan Tetradze sonradan millimizin digər müdafiəçisi Elnur Allahverdiyevlə maraqlandı. Düzdür, Elnurun “Volqa”ya keçidi baş tutmasa da, çalışdırıcı elə saytımıza müsahibəsində bir neçə futbolçumuzla maraqlandığını bildirmişdi.
Ruslanın “Neftçi” ilə müqaviləsi cari mövsümün sonunda bitdiyindən, sərbəst futbolçu kimi başqa kluba keçə bilər. Amma görünür, müqaviləsi başa çatdığından menecerləri onun “ağ-qaralar”da qalması üçün köhnə variantlara üstünlük verərək, Ruslanın artıq Bundesliqada oynayacağından dəm vururlar.
24 yaşlı müdafiəçi isə xaricdə oynamaq istədiyini bir neçə dəfə açıqlayıb və Rusiyada “transfer pəncərəsi”nin yayda açılması həmin ölkəyə gedişinə imkan yaradır. Rusiya Premyer Liqasını millimizin üzvü üçün münasib variant saymaq olar.
Hər halda, Mahirin “Anji”də çıxışı azərbaycanlı futbolçunun orada oynamaq iqtidarında olduğunu sübut etdi. Abışovun isə futbolçu səviyyəsi Şükürovdan aşağı olmadığından, üstəlik, yaşı da ondan az olduğundan, qonşu ölkədə layiqli təmsilçimiz ola bilər.
Abışovun Rusiya variantı son günlərdə adının ətrafında hallandığı Bundesliqaya yollanmasından daha münasibdir. Hər halda, Almaniya variantı inandırıcı olmasa da, bunun reallaşması üçün ən yaxşı vasitəçi millimizin baş məşqçisi Berti Foqtsur. Almaniyalı mütəxəssis bir neçə yığma üzvümüzün vətənindəki klublara yollanmasına səbəbkar olub.
Foqts bir neçə futbolçumuzu, o cümlədən Ruslanı Avropada oynaya biləcək futbolçu sayır. Sadəcə, söhbət düzgün seçim etməkdən gedir. Bu məsələyə xüsusi diqqət yetirmək futbolçunun gələcək karyerasına birbaşa təsir göstərə bilər.
Millimizin səviyyəsini qaldırmaq üçünsə xaricdə ehtiyatda oturan yox, oynayan futbolçu lazımdır. Bu mənada Ruslanın millimizdəki komanda yoldaşlarından Şükürovu “Anji”də, Rəşad Sadıqovun “Əskişəhərspor”da (Türkiyə), Vaqif Cavadov “Tvente”də (Hollandiya) ehtiyatda qalıb, vətənə qayıtmaları yaxşı nümunədir.

0
0