Tahir Süleymanov ferma alıb
12.05.2011 - 12:37
Tahir Süleymanov ferma alıb
“Neftçi” komandasının vitse-prezidenti Tahir Süleymanov haqda yeni xəbərlər yayılıb. Apasport.az saytının məlumatına görə, həmkarlarımız klub rəsmisi barədə maraqlı informasiya əldə ediblər.

Bildirilir ki, Süleymanov paytaxt təmsilçisində vəzifə sahibi olandan 8 ay sonra qoyun ferması alıb. Vitse-prezidentin ferması olduqca böyükdür və var-dövlətini yay aylarında Şamaxıda, qış aylarında isə aran rayonlarından birində saxlayır.
Mənbə: stadium.az