Arif Əsədovla növbəti biabırçılıq
13.05.2011 - 16:05
“Neftçi” Azərbaycan çempionatları tarixində 3-cü dəfə biabır olub. Apasport.az saytının məlumatına görə, qızıl medalları təmin edən “ağ-qaralar” 1992-ci ildən keçirilən yarışların tarixi ərzində 3-cü dəfə böyük hesabla uduzub.
Quzanlı Olimpiya Kompleksinin stadionunda “Qarabağ”ın 3:0 hesabı ilə rüsvay etdiyi çempion bu oyunadək yalnız 2 dəfə belə ağır “sillə” yemişdi. 1992-ci ildə Əhməd Ələsgərovlu “Neftçi”nin ilk çempionluğu qazandığı vaxt sonda gümüş medala sahib çıxan Sumqayıt “Xəzər”i “ağ-qaralar”ı qara günə salmışdı – 3:0.
Bakılılar bir də 15 ildən sonra - özü də Tofiq Bəhramov adına respublika stadionunda “uşaq komandası” təsiri bağışladı. Həmin vaxt “Bakı” Vlastimil Petrjelanı “Neftçi”ni çalışdırmağa peşman etdi. Bu matçdakı 1:5 hesablı darmadağın daxili yarışlarda komandanın ən böyük məğlubiyyətidir. 2007-ci il oktyabrın 20-dəki darmadağından 1301 gün sonra “Neftçi”nin “nefti elə meydanda tükəndi”.
Bu dəfə isə Arif Əsədovun yetirmələri darmadağın oldular. Özü də bu, Əsədovlu komandanın ilk darmadağını deyil. Ötən il martın 7-də Azərbaycan kubokları tarixində “Neftçi”nin ilk və son böyük hesablı məğlubiyyəti də onun baş məşqçiliyi dövründə qeydə alınmışdı. Həmin vaxt 1/4 finalın qarşılaşmasında “İnter” həmyerlilərinə divan tutuşdu – 0:3.
Bir sözlə, daxili arenada 4-cü, ölkə çempionatında 3-cü darmadağınını alan “Neftçi” belə zərbəni 2-ci dəfə Arif Əsədovla aldı.

0
0