Qurban Qurbanov: Nəticə o qədər də vacib deyildi
13.05.2011 - 16:30
“Əsas məqsədimiz azarkeşləri sevindirmək idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
39 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının XXXI turunun “Neftçi” ilə oyunu (3:0) haqda fikirlərini açıqlayıb: “Bir ildir burda oynamırdıq. Bu səbəbdən də nəticə o qədər də vacib deyildi. Çünki avrokuboklara vəsiqəni artıq təmin etmişik. Gümüş medallar uğrunda mübarizəni davam etdirəcəyik. Yorğunluğa baxmayaraq, son oyunda da nəticə qazanmağa çalışacağıq. “Neftçi”yə Ağdama gəlməyə razı olduğu üçün təşəkkür edirəm”.

0
0