Quzanlıda ilk böyük hesablı qələbə
13.05.2011 - 17:15
“Qarabağ” klubu təmsil etdiyi Ağdama qayıdışını böyük hesablı qələbə ilə qeyd etdi. Apasport.az saytının hesablamalarına görə, Quzanlı qəsəbə Olimpiya İdman Kompleksində 369 gündən sonra oyun keçirildi. Bu, bütün milli çempionatlarımızın iştirakçısı olan “Qarabağ”la “Neftçi” arasında tarixi derbi matç oldu. Ağdamlıların çalışdırıcısı Qurban Qurbanov məşqçiliyə başladığı, çempionluğu artıq təmin edən “Neftçi”ni 3:0 hesabı ilə yendi.
“Qarabağ” bunadək Ağdamda son görüşü ötən mövsüm son ev oyunu – 2010-cu ilin mayın 9-da “Xəzər Lənkəran”la matç idi. Onda da ağdamlılar qələbəyə sevinmişdi (2:1). Maraqlıdır ki, “Qarabağ” 2009-cu ilin mayın 3-də “İnter”lə (1:1) debüt etdiyi Quzanlıda ilk böyük hesablı qələbəsini qazandı. Burada qeydə alınan yeganə böyük hesablı qələbəyə isə rəqib imza atmışdı. Bu, ötən çempionatın “altılığ”ında “Bakı”nın ağdamlılara 4:1 hesabı ilə qalib gəldiyi görüş idi.
Qeyd edək ki, “Qarabağ” cari mövsümdə ev oyunlarını Tofiq Bəhramov adına Respublika və Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirib
Mehman SÜLEYMANOV

0
0