Yığmamızın ikinci kuboku - YENİLƏNİB
14.05.2011 - 15:12
Yığmamızın ikinci kuboku - YENİLƏNİB
Bu gün Moldovanın paytaxtı Kişinyovda keçirilən beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət komandaların mübarizə apardığı Moldova Futbol federasiyasının kubokunun sahibi də bu matçlarda müəyyənləşib.

4 komandanın dairəvi sistemlə mübarizə apardığı yarışın 3-cü turunda Azərbaycan milli komandasının son rəqibi meydan sahibləri olub. Ötən turun Rumıniya ilə qarşılaşmasında olduğu kimi yenə meydanı qolsuz heç-heçə ilə tərk edən komandamız yarışın qalibi olub. Kuboka sahib çıxan komandamız 15 gün ərzində 2-ci dəfə kuboku başı üzərinə qaldırıb. Belə ki, aprelin 30-da Təbriz Həsənovun yetirmələri Qazaxıstanda keçirilən prezident kubokunun finalında qalib gəlmişdi.

LİTVA – RUMINİYA - 0:2
MOLDOVA – AZƏRBAYCAN - 0:0

1

Azərbaycan

3

1

2

0

2-1

5

2

Moldova

3

1

1

1

2-2

4

3

Rumıniya

3

1

1

1

2-1

4

4

Litva

3

1

0

2

3-5

3