Əvvəl “Neftçi”, sonra 16 yaşlılar
14.05.2011 - 12:35
Əvvəl “Neftçi”, sonra 16 yaşlılar
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun izləyəcəyi növbəti oyun müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 65 yaşlı mütəxəssis bu gün Azərbaycan və Gürcüstanın 16 yaaşdək futbolçulardan ibarət milli komandaları arasında keçiriləcək örüşü izləyəcək. Mərdəkandakı “Dalğa” stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq.

Qeyd edək ki, Foqts dünən Azərbaycan Premyer Liqasının çempionu “Neftçi”nin “Qarabağ”la səfər matçını izləmişdi.

Mənbə: affa.az