Rəşad Sadıqov: Quzanlı və azarkeşlərimiz üçün çox darıxmışdıq
14.05.2011 - 13:14
“Maraqlı oyun oldu. Qələbə bizim üçün çox vacib idi. Şükürlər olsun ki, istəyimizə çatdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov deyib.
Bir illik fasilədən sonra yenidən Quzanlıya dönən “Qarabağ” çempionluğu təmin etmiş “Neftçi” ilə qarşılaşmada 3:0 hesablı qələbə qazanıb. Bununla, ikinci pillə uğrunda mübarizəni davam etdirən Ağdam təmsilçisi paytaxt klubunu yenməklə, həm də doğma fanatlarını sevindirib.
Belə ki, Ağdamda sonuncu oyununu ötən il keçirən və “Xəzər Lənkəran”ı məğlub edən Qurban Qurbanovun yetirmələri üçün Quzanlı uğurlu məkan sayılır. Bəs bu bir ildə nə dəyişib?
Sadıqov Quzanlı üçün darıxdıqlarını deyib: “Quzanlı və azarkeşlərimiz üçün çox darıxmışdıq. Əminəm ki, onlar da bizim üçün darıxıblar. Biz də qələbə qazanıb, onlara sevinc bəxş edə bildik”.
Bir müddət əvvəl müayinə olunmaq üçün Türkiyəyə yollanan futbolçunun durumunun nə yerdə olduğunu da xəbər aldıq: “Müayinəyə getmişdim. Ayağımda zədə var idi. Şükürlər olsun ki, hər şey yaxşı qurtardı”.
Bu arada mayın sonunda komandası ilə müqaviləsi başa çatacaq Sadıqov Ağdam təmsilçisində qalmağa qərar verib: “Yəqin karyeramı “Qarabağ”da davam etdirəcəm. Əgər Avropa variantı olsa, nəzərdən keçirəcəm”.

0
0