Azərbaycan futbolu Avropada 12-cidir
14.05.2011 - 17:39
UEFA-ya üzv ölkələrin yeni “Fair Play” Respect reytinqi açıqlanıb. Apasport.az-ın məlumatına görə, klub və yığma komandalar səviyyəsində keçirilmiş matçlara əsaslanan siyahının son 1 il üçün yekun cədvəli açıqlanıb. Yanvarda açıqlanan ilkin cədvələ başçılıq edən Norveç elə sonda da Avropanın birincisi olub. Onlarla yanaşı ilk üçlükdə yer alan İngiltərə və İsveç də qarşıdakı mövsüm üçün Avroliqada əlavə yer qazanıb. Bu üzdən də “Olesund” (Norveç) və “Hakken” (İsveç) qitə kuboklarına yüksəlib. İngiltərə təmsilçisinin adına isə hələ aydınlıq gəlməyib.
Azərbaycan isə ötən reytinq cədvəli ilə müqayisədə 3, ötən illə müqayisədə isə 26 pillə irəliləyib. Bu müddətdə 42 oyun keçirmiş komandalarımız ölkəmizin aktivinə 8,067 xal yazdırıblar. Azərbaycan 53 ölkə arasında 12-ci mövqedə qərarlaşıb. Bu göstərici ilə ölkəmiz keçmiş SSRİ-də hamıdan öndə yer alamsına imkan verir.
Qeyd edək ki, qitə miqyaslı klub turnirlərinin reqlamentinə əsasən, “Fair Play” Respect reytinqində ilk 3 yeri tutan milli assosiasiyalar Avropa Liqasında hərəyə bir əlavə yer alırlar. Bir şərtlə ki, onların orta səviyyəsi ən azı 8 xal olsun.
“Fair Play” Respect qiymətləri UEFA nümayəndələri tərəfindən verilir və oyuna müsbət yanaşma, rəqibə və hakimlərə hörmət, azarkeşlərin və komanda rəsmilərinin özlərini aparması meyarlarına əsaslanır, habelə sarı və qırmızı vərəqələrdən asılı olur.
Milli assosiasiyalar isə daxili çempionatda “Fair Play” reytinqində qalib gələn komandanı Avropa Liqasının təsnifat mərhələsinə göndərirlər. Əgər qalib Avropa kuboklarında iştirak hüququ qazanıbsa, bonus vəsiqəsi reytinqdə ikinci yeri tutan kluba verilir.

0
0